`Baku Bus`ın sürücüsü qəza törətdi - Qadın öldü
14:54 10 Yanvar 2017
Dünən axşam saatlarında Bakıda ağır yol qəzası baş verib.
Femida.az Lent.az-a istinadən xəbər verir ki, 8-ci mikrorayon, Cəfər Xəndan küçəsində “BakuBus”a məxsus 8 saylı marşrut xətti ilə hərəkət edən “İveco” markalı, 99 JH 118 dövlət nömrə nişanlı sərnişin avtobusu ilə “Nissan Qasqai” toqquşub.
Nəticədə avtomobili idarə edən 1967-ci il təvəllüdlü Sevda İsmayılova ağır xəsarətlər alıb. Həkimlər onun həyatını xilas edə bilməyib.
Faktla bağlı Binəqədi rayon Polis İdarəsində cinayət işi açılıb.
Oxunub: 1340
Oxşar xəbərlər
- `Baku Bus` yeni avtobusunu xəttə buraxıb
- `BakuBus`un avtobusu qəza törətdi
- `BakuBus`un avtobusu 24 yaşlı qızı vurdu
- `Baku Jazz Center` ləğv olundu
- `BakuBus`da qorxulu anlar - VİDEO
- `BakuBus` sərnişinlərə müraciət etdi
- `BakuBus`ın avtobusu piyadanı vurdu
- `BakuBus`a yeni mətbuat katibi təyin edildi
- `BakuBus` yeni marşrut xətti açır